İranda zəlzələ olub

  • Müəllif: admin
  • 04 Mart 2018 22:20

İranın mərkəzi bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yeraltı təkanların episentri Bafq şəhərindən 56  km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.