Qar uçqunu faciəyə yol açdı - ÖLƏNLƏR VAR

  • By admin
  • 04 Mart 2018 22:00

Alp dağlarının Fransaya aid hissəsində iki qar uçqunu baş verib.

Yuxarı Savoy departamentində baş verən insident nəticəsində 1 nəfər ölüb, daha 1-i itkin düşüb.

Belə ki, Samoen yaşayış məntəqəsi yaxınlığında iki xizəkçi uçqun altında qalıb. Onlardan biri xilas olub, digəri itkin düşüb. Vallorsində isə 4 nəfər qar uçqunun altında qalıb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1-i xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu həftə qar uçqunu nəticəsində Alp və Pireney dağlarının Fransaya aid hissəsində 5 nəfər həyatını itirib.