Dəmirqapıda terrorçular məhv edildi

  • By admin
  • 04 Mart 2018 21:15


Türkiyənin Ağrı vilayətində təhlükəsizlik qüvvələri tərəfindən təşkil edilən əməliyyatda 2 terrorçu məhv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağrı Valiliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 16:00 radələrində hərbçilər Dəmirqapı kəndində bir qrup terrorçu ilə qarşılaşıb.

Nəticədə yaşanan silahlı atışma nəticəsində 2 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlar davam etdirilir.

Gununsesi.info