
Sənət dünyasında adı xəsis kimi hallanan məşhur türk müğənnisi Əmrah həyat yoldaşına 8 milyon TL-lik villa alıb.
Gununsesi.info xəbər verir ki, uşaq yaşlarından müğənni və aktyor kimi fəaliyyət göstərən Əmrah qazancını, əsasən, əmlak yatırımlarına yönəldib.
O, 2014-cü ildə ailə qurduğu, iki övladının anası Sibel Ərdoğana Bodrumda villa alıb. Villanın S.Ərdoğanın adına olduğu bildirilir.
Qeyd edək ki, maddi imkanlarını doğru istiqamətə xərcləyən qənaətcil sənətçi ölkəsində xəsis insan kimi gülüş hədəfinə çevrilib.


Gununsesi.info












