Su kanalında batan 5 yaşlı qızın meyiti tapıldı

  • Müəllif: admin
  • 27 Mart 2018 14:42
 

Gəncədə su kanalında batan azyaşlının meyiti tapılıb.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, 5 yaşlı Selcan Ağayevanın meyiti su kanalının Gəncənin Poçt qəsəbəsi ərazisindən keçən ərazisində tapılaraq sudan çıxarılıb.
Qeyd edək ki, martın 24-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Nizami rayonu ərazisindən keçən kanalda azyaşlının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Gununsesi.info