
Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında (Bosniya və Hersoqovina) qurumun İnsan Hüquqları Komissarı seçilən Dunya Miyatoviç artıq öz işinə başlayıb.
Gununsesi.info xəbər verir ki, Miyatoviç aprelin 1-dən öz işinə başlayıb və 6 il müddətinə bu vəzifəyə seçilib.
Qeyd edək ki, D.Miyatoviçin lehinə 107 deputat səs verib. Pyer-İv Le (Fransa) 103, Qoran Klemençiç (Sloveniya) 19 səs alıb.
Xatırladaq ki, Dunya Miyatoviç 2010-2017-ci illərdə ATƏT-in mətbut azadlığı məsələləri üzrə xüsusi nümayəndəsi olub.
Gununsesi.info











