Dünya birjalarında neft bahalaşıb

  • Müəllif: admin
  • 18 Aprel 2018 08:50

Dünya birjalarında neft yenidən bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,34 dollar və ya 0,51% artaraq 66,86 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar və ya 0,54% artaraq 71,97 dollar təşkil edib.

Gununsesi.info