“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin oktyabr müqaviləsinin dəyəri 0,02% azalaraq 1 barelə görə 87,05 dolları təşkil edib.
Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin sentyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,09% artaraq 81,32 ABŞ dollarına bərabər olub.









