Qarabağda daha bir erməni əsgər ölüb

  • Müəllif: admin
  • 18 Aprel 2018 10:46
Azərbaycanın işğal olunmuş ərazilərində daha bir Ermənistan əsgəri həlak olub.
Gununsesi.info-nun “news.am”a istinadən verdiyi məlumata görə, aprelin 17-də mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ruslan Manukyan ölüb.
Fakt araşdırılır.
Qeyd edək ki, aprelin 16-da da Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər həlak olub. Onun ehtiyatsızlıqdan odlu silahdan atəş açılması nəticəsində öldüyü bildirilir.
Gununsesi.info