Kömək adı ilə telefonunu alıb quldurluq etdi

  • Müəllif: admin
  • 18 Aprel 2018 11:39

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Ayaz Babayevə hökm oxunub.

Gununsesi.info xəbər verir ki, o,  3 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq və  məhkəmə  dövründə ev dustaqlığında olan Ayaz Babayev hökmün elanından sonra məhkəmə zalında qandallanıb.

Cinayət işinin materiallarında yazılıb ki, Ayaz Babayev paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Muğan” bağında  Xəyyam Qiyasbəylinin yanında əyləşib onunla söhbət edib. Bu zaman Xəyyam Qiyasbəyliyə zəng gəlib, lakin o, telefonun kodunu aça bilməyib və kömək üçün onu Ayaz Babayevə verib. Babayev də telefonu əlinə alıb, oradan uzaqlaşmaq istəyib. Xəyyam Qiyasbəyli isə onun pencəyindən tutub. Ayaz Babayev onu yumruq-təpiklə vurub, hadisə yerindən uzaqlaşıb.

Gülər

Gununsesi.info