Bakıda 1-ci sinif şagirdi zorlandı - VALİDEYİNLƏR AKSİYA KEÇİRİR

  • Müəllif: admin
  • 25 Aprel 2018 11:50
Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Həmin orta məktəbin valideynləri müraciət edərək bildiriblər ki, məktəbin 1-ci sinif şagirdi 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.
Gununsesi.info big.az-a istinadən  xəbər verir ki, zorlama hadisəsi ilə bağlı hazırda məktəbin ibtidai sinif şagirdlərin valideynləri məktəbin qarşısında aksiya keçirir. Direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər.
Bu barədə məlumat verən valideyinlər direktorun onlarla görüşdən imtina etdiyini söyləyib: “Direktor bizi qəbul etmir. Sözümüz direktora çatdırılmır. Bizi qəbul edənə kimi aksiyamızı davam etdirəcəyik”.
Gununsesi.info