“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN

  • Müəllif: admin
  • 26 Aprel 2018 23:45

Nikol Paşinyan Ermənistan baş nazirinin vəzifələrini icra edən Karen Karapetyanı danışıqlara dəvət edib.

Gununsesi.info virtualaz.org-a istinadən bildirir ki, erməni etiraz hərəkatının lideri danışıqların sabah, aprelin 27-də keçirilməsini təklif edib.

21:01

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan bugünkü mitinqdə bildirib ki, onu baş nazir seçməsələr, bu posta heç kim seçilməyəcək.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, siyasətçinin fikrincə, o, bütün parlament fraksiyalarının ortaq qərarı ilə bu vəzifəyə irəli ürüləcəyinə ümid edir.

20:04

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri vəzifələrini icra edən Karen Karapetyan arasında telefon danışığı olub.

Söhbət zamanı Ermənistandakı böhran vəziyyətinin yalnız hüquqi müstəvidə, qüvvədə olan Konstitusiya çərçivəsində və 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında tənzimlənməsinin əhəmiyyəti vurğulanıb.

Bu mənada mayın 1-də parlamentdə təyin edilmiş baş nazir seçkilərinin əhəmiyyəti qeyd olunub.

Gununsesi.info