
XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında Azərbaycanı təmsil edən Rəsul Çunayev (66 kq) avqustun 16-da bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb.
Gununsesi.info xəbər verir ki, görüşdə R.Çunayevin rəqibinə qalib gəlməsi üçün 2 dəqiqə 20 saniyə lazım olub.
Qarşılaşmada 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Bu, “Rio-2016”da Azərbaycan yığma komandasının sayca beşinci medalı olub.
Gununsesi.info









