Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir? - SİYAVUŞ NOVRUZOV

  • Müəllif: admin
  • 18 May 2018 12:28

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Səməd Seyidovun AŞPA-da cəzalandırılmasından danışıb.

Gununsesi.info xəbər veriri ki, YAP-çı deputat Siyavuş Novruzov çıxışında Avropa Şurasını tənqid edib: “Olmayan məsələləri Azərabycan nümayəndə heyətinin üzərinə yazırlar. Bunlar böhtan xarakterlidir. İslam dinində buyurulur ki, insanlardan malınızı, dövlətinizi əsirgəməyin. Biz də nə edirik ki? Əsirgəmirik. Hesab edirəm ki, bu istiqamətdə də işimizi davam etdirməliyik. Ölkəmizin maraqlarını təmsil etməliyik. Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir? ABŞ və digər ölkələrdə hətta, lobbiçiliklə bağlı qanunlar da var” – S.Novruzov əlavə edib.

Gununsesi.info