İsrail ordusu Qəzza zolağındakı HƏMAS mövqelərini bombardman edib.
Gununsesi.info xəbər verir ki, “Haaretz” qəzeti bombardman nəticəsində bir fələstinlinin həyatını itirdiyini, birinin isə ağır yaralandığını yazıb.
Yazıda ötən gün İordan çayının qərb sahilində İsrail əsgərləri və fələstinlilər arasında çıxan qarşıdurmada bir İsrail əsgərinin öldüyü də qeyd olunub.













