Sosial şəbəkələrdə “Real” kapitanına kütləvi təhqirlər yağır  — VİDEO

  • Müəllif: admin
  • 27 May 2018 12:53

Sosial şəbəkələrdə

Futbol azarkeşləri “Real Madrid”in kapitanı Serxio Ramosu sosial şəbəkələrdə təhqirlərə məruz qoyub.

Gununsesi.info xəbər verir ki, hazırda #Ramos_the_animal, #animal_Ramos, #dirty_Ramos heşteqləri bütün sosial şəbəkələrdə rekord sayda paylaşılmaqdadır.

Azarkeşlər Ramosu Məhəmməd Salahı qəsdən zədələməkdə ittiham edirlər.

Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşmasının 24-cü dəqiqəsində Ramos və Salah mübarizəsində ikinci ağır zədələnib və oyunu davam etdirə bilməyib. Salahın 28 il sonra Dünya Çempionatına çıxan Misir millisinə kömək edib-etməyəcəyi də sual altındadır.