Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsinə namizəd irəli sürülüb

  • By admin
  • 30 May 2018 14:00

 Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri vəzifəsinə namizəd məlum olub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu vəzifəyə deputat Ülvi Quliyevin namizədliyi irəli sürülüb.

Məsələ MM-in yaz sessiyasının sabah keçiriləcək sonuncu plenar iclasının gündəlyinə daxil edilib.

 Qeyd edək ki, MM-in Gənclər və idman komitəsinin sədri vəzifəsi Fuad Muradovun bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olmasından sonra boş qalmışdı.