Kürdəmirdə 55 yaşlı qadın döyülüb

  • By admin
  • 01 İyun 2018 20:17

Kürdəmir rayonunda 55 yaşlı qadın döyülüb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Rəfiqə Məmmədşah qızı Teyyubova naməlum şəraitdə döyülüb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.