Ağ Ev ABŞ və Rusiya prezidentlərinin görüşünü planlaşdırır

  • Müəllif: admin
  • 02 İyun 2018 12:23

ag ev abs ve rusiya prezidentlerinin gorusunu planlasdirir

 Ağ Ev ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısıVladimir Putinin görüşünü planlaşdırır.

Gununsesi.info APA-ya istinadən bildirir ki, bu barədə “Wall Street Journal” qəzeti Ağ Evdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, hazırda iki ölkə lideri arasında görüşün keçirilməsi imkanları ilə bağlı ilkin danışıqlar aparılır.

 Bundan əvvəl V.Putinin köməkçisi Yuriy Uşakov bəyan edib ki, noyabrda baş tutacaq “G 20” ölkələrinin sammitinədək  Putin-Tramp görüşünün keçirilməsi məsələsi gündəmə gətirilməyəcək.