
Dörd növ narkotik vasitə satmaq istəyən şəxs saxlanılıb.
Gununsesi.info-nun DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 2-də Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb. Onun əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxəlif növ narkotik vasitə – 4 kiloqram 64,2 qram heroin, 6 kiloqram 23,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb.
Gununsesi.info












