Gürcüstanda dörd turist ölüb

  • Müəllif: admin
  • 08 İyun 2018 16:25

gurcustanda dord turist olub

 Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda Acaristskali çayında raftinq zamanı 4 turist ölüb.

Gununsesi.info APA-nın Gürcüstan bürosuna istinadən məlumatına görə,  6 nəfərin olduğu kiçik qayığın aşması nəticəsində 4 nəfər suda boğulub. Bədbəxt hadisə zamanı ölən turistlərin Ukrayna vətəndaşları olduğu bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.