Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün attestasiya keçiriləcək

  • Müəllif: admin
  • 08 İyun 2018 17:57

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və sığortaçıda rəhbər vəzifəyə namizədlər üçün 11-14 iyun 2018-ci il tarixlərində attestasiyanın keçirilməsi nəzərdə tutulur.

Gununsesi.info bu barədə MBNP-ya istinadən xəbər verir.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər attestasiyaya dəvət olunurlar. (https://www.fimsa.az/assets/upload/files/siyahi.pdf)

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.