Hindistanda fırtınada 30 nəfər ölüb

  • Müəllif: admin
  • 09 İyun 2018 10:24

Hindistanda fırtınada 30 nəfər ölüb

Hindistanın Uttar-Pradeş ştatında ötən gün qopan fırtına nəticəsində azı 30 nəfər ölüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bununla yanaşı, beşi qadın və ikisi uşaq olmaqla 10 nəfər isə ştatın şərqində ildırım vurmasından dünyasını dəyişib.

 Qeyd edək ki, ötən ay Uttar-Pradeşdə qum fırtınası və leysandan 15 nəfər ölmüşdü, onlarla insan yaralanmışdı.