Bakı-Şamaxı yolunda sürüşmə aktivləşdi

  • Müəllif: admin
  • 11 İyun 2018 17:55

Bakı-Şamaxı yolunda sürüşmə aktivləşdi

Gununsesi.info xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Müdrisə kəndində baş verən sürüşmələrin yeni olduğunu bildirən ekspedisiya rəisinin sözlərinə görə, sürüşmənin baş verməsinə son günlər həmin bölgəyə normadan artıq atmosfer yağıntılarının düşməsi səbəb olub.

 Ə. Qaralov qeyd edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyi, Şamaxı şəhərinin 48-A məhəlləsi və İsmayıllı rayonunda Muğanlı kəndində sürüşmə sahələri də aktivləşib. Nazirlik rəsmisi əlavə edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində sürüşmənin aktivləşməsi nəticəsində avtomobillərin hərəkəti getdikcə çətinləşir.