Xarici jurnalistlər təşkilatı Azərbaycan mediasını təbrik edib

  • Müəllif: Firuzə
  • 22 İyul 2026 23:12

Beynəlxalq jurnalist təşkilatı olan “Global Journalism Council” (Küresel Gazeteciler Konseyi) Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü ilə əlaqədar. təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın X hesabında paylaşım edilib.

“Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür. Milli mətbuatın təməli Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Bu tarixi addım təkcə Azərbaycanda deyil, həm də Çar Rusiyasının bütün Türk-İslam dünyasında ilk türkdilli qəzet olmaq şərəfinə malikdir. Milli oyanışa başlamaq məqsədi daşıyan Azərbaycan mətbuatı bu zəngin tarixi anmaq üçün hər il 22 iyulu Milli Mətbuat Günü kimi qeyd edir. Milli Mətbuat Gününüz mübarək!”, – deyə bildirilib.

“Global Journalism Council” (Qlobal Jurnalist Təşkilat) TÜrkiyə Prezidenti Rəcəəb Tayyib Ərdoğanın təsdiqlədiyi qərarla 14 oktyabr 2019-cu ildə yaradılıb. Dünyanın 80-dən çox ölkəsində və Türkiyənin 81 əyalətində fəal üzvləri və nümayəndəlikləri var.

Gununsesi.info