ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşneri gətirən təyyarə Moskvadakı Vnukovo hava limanına enib.
Gununsesi.info xəbər verir ki, bu barədə aviasiya xidmətlərindəki mənbələr “İnterfaks”a bildirib.
Bundan əvvəl “RİA Novosti” hökumət terminalının qarşısında diplomatik nömrə nişanlı avtomobillərin toplandığını yazmışdı.
Qeyd edək ki, “Axios” nəşri mənbələrə istinadən Uitkoff və Kuşnerin həftəsonu Moskva və Kiyevə səfər edəcəyini bildirmişdi. ABŞ nümayəndələrinin Rusiyaya səfəri sentyabrın 5-nə planlaşdırılıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, onun xüsusi nümayəndəsi Uitkoff və kürəkəni Kuşner Moskva və Kiyevə münaqişənin dayandırılması ilə bağlı təkliflər aparacaqlar.












