Sirkə turşusu içən 17 yaşlı tələbə qız vəfat etdi

  • Müəllif: Firuzə
  • 04 Sentyabr 2026 19:15

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib.

Gununsesi.info-nun Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib.

Yaxınları onun vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya çatdırmağa çalışsalar da, Aysu yolda vəfat edib.

Məlumata görə, Aysu Ocaqova Ağdam Dövlət Sosial-İqtisadi Kollecində poçt rabitəsi ixtisası üzrə təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info