Gəncədə hərbi hissədə partlayış -YENİLƏNDİ

  • Müəllif: admin
  • 02 Sentyabr 2026 00:53

Son məlumata görə, partlayış Gəncə şəhəri yaxınlığındakı hərbi hissədə baş verib.

İlkin məlumata görə, partlayış mərmi anbarında baş verib.

***

Bu dəqiqələrdə Gəncə şəhərində binaların birində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, partlayışdan sonra böyük yanğın başlayıb.

***

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.

Xəsarət alan olmayıb.

@gununsesi.info

FHN silah anbarındakı partlayışla bağlı açıqlama yaydı Fövqəladə Hallar Nazirliyi Gəncə ətrafında yerləşən hərbi hissənin silah anbarında baş verən partlayış barədə açıqlama yayıb. Gununsesi.info həmin açıqlamanı təqdim edir: Xəbər verildiyi kimi, ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb. Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib. Xəsarət alan olmayıb.

♬ Silent Hill – Various Artists

Gununsesi.info