Azərbaycanda 140 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib

  • By admin
  • 12 İyun 2018 12:15

Картинки по запросу Təhsil Nazirliyi

 2014-2018-ci illər ərzində respublika üzrə ümumilikdə 140 000-dən çox pedaqoji işçi diaqnostik qiymətləndirmədən keçib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb.

2017-ci ildə 49 000-dən, 2018-ci ildə isə 16 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib.