
Deputatlar Bakı bulvarına kanalizasiya sularının axıdılmasının qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər görülməsini təklif edib.
Gununsesi.info xəbər verir ki, Milli Məcisin növbədəkənar sessiyasında “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik məsələsinin müzakirəsi zamanı çıxış edən Musa Quliyev deyib ki, bu gün Bakı bulvarı gözəl təmir olunsa da. Hələ də orada ciddi problemlər hökm sürməkdədir. “Xüsusən də dənizə kanalizasiya sularının axıdılması və suyun çirkliliyi ilə bağlıdır. Bu gün bakıya çoxsaylı xarici turistlər gəlir. Bakı bulvarı göz oxşayan olsa da. Amma kanalizasiya sularının dənizə axdığı yerdə üfunət iyi gəlir. Bu iy xeyli məsafədən hiss olunur. Bu da orada istirahət edən insanlara və şəhərimizə gələn qonaqlara pis təsir edir. Ona görə də bu problem aradan qaldırılması istiqamətdə ciddi işlər görülməlidir”- deyə. M. Quliyev bildirib.
Deputat Fəzail Ağamalı da Bakı bulvarında yaranmış vəziyyətlə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə bildirib ki, ətraf mühitin çirkləndirilməsi ilə bağlı tətbiq edilən cərimələrin az olmasından şikayətlənərək, bu cərimələrin artırlmasını təklif edib.
O bildirb ki, bu günlərdə Ceyranbatan su anbarına yaxınıqdakı heyvan fermasından və hansısa ağac emalı müəssisələri adı çəkilən su anbarını çirkləndirir. Onlar cərimə edildi. Lakin cərimə həddən artıq aşağıdır. Yəni haradasa 6 min manat civarındadır. Ona görə də belə hallarınq arşısını almaq üçün cərimələr artırılmalıdır. Necə ki. Bir eçə il bundan öncə meksika körfəzinin çirkləndirilməsi nəticəsində o ərazini çirkləndirən şirkət milyardlarla dollar həcmində cərimə edildi. Bizdə də cərimə elə səviyyədə olmalıdır ki, kimsə belə hərəkət etməyə cürət etməsin”- deyə, V. Ələsgərov bildirib.
Gununsesi.info











