Gununsesi.info “Ölkə.Az” a istinadən xəbər verir ki, qanun layihəsi barədə birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.
Onun sözlərinə görə,qanuna edilən dəyişikliyə əsasən, Silahlı Qüvvələrdə qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağan edilir.
Bununla yanaşı “Siyasi partiyalar haqqında” qanunda da dəyişiklik edilib. Z.Əsgərov bildirib ki, qanuna edilən dəyişikliyə əsasən, Silahlı Qüvvələrdə siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır.
“Ordunun gücləndirilməsi, dövlət sirri təşkil edən məlumatların məxfiləşdirilməsi, sərhədlərin qorunması baxımdan bu dəyişikliklər çox əhəmiyyətlidir”.











