Tramp və Kim razılaşdı  — Koreya yarımadası nüvə silahından imtina edir

  • By admin
  • 12 İyun 2018 16:21

Tramp və Kim razılaşdı

 ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasında sammitdən sonra sənəd imzalanıb.

Gununsesi.info xəbər verir ki, sənədə əsasən, ABŞ və Şimali Koreya yeni münasibətlərə və sülhə hazırlaşır.

Sənəddə deyilir:

“Birləşmiş Ştatlar və Şimali Koreya iki dövlət arasında yeni münasibətlər quracaq. Bununla da iki dövlətin xalqları sülhə və inkişafa can atacaq. Birləşmiş Ştatlar və Şimali Koreya Koreya yarımadasında uzunmüddətli sülhün yaranmasına cəhd edəcək”.

 Şimali Koreya isə sənədə əsasən Koreya yarımadasını nüvə silahlarından təmizləyəcək.