“Real Madrid”in yeni baş məşqçisi məlum oldu

  • By admin
  • 12 İyun 2018 22:58

Madridin “Real” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Modern.az xəbər verir ki, klubun saytının yaydığı məlumata görə, Madrid təmsilçisini İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi çalışdıracaq. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

İspaniyalı çalışdırcı dünya çempionatından sonra “Real”da işinə başlayacaq. O, bu vəzifədə Zinəddin Zidanı əvəzləyəcək.

Qeyd edək ki,  Xulen Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır. O, ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.