Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti ev oyununu Gəncədə keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yığma komanda oktyabrın 4-də Litva millisini Gəncə şəhər stadionunda qəbul edəcək.
Qeyd edək ki, qarşılaşma UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək. AFFA azarkeşləri millimizi Gəncə şəhər stadionunda dəstəkləməyə çağırıb.







