FİFA prezidenti Donald Trampa 15 min dollar dəyərində hədiyyə verib

  • By Admin2
  • 01 İyul 2026 16:43

RİA Novosti agentliyinin Amerika liderinin illik maliyyə hesabatına istinadən verdiyi məlumata görə, FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampa 2026-cı il dünya çempionatının finalına biletlər təqdim edib.

Gununsesi.info-nun xəbərinə görə, hökumət Etikası Ofisinin veb saytında mövcud olan ödənişlərin xülasəsində göstərilir ki, FIFA prezidenti Trampa Nyu-Cersi ştatının Şərqi Rezerford şəhərində keçiriləcək oyun üçün ümumi dəyəri 15.000 dollar olan 10 bilet verib.

Qeyd edək ki, dünya Kuboku finalının biletləri hələ də satışdadır. Satışı həyata keçirən veb saytında ən bahalı biletin qiyməti 42.000 dollar, ən ucuz biletin isə 12.000 dollardır.

Maqsud

Gununsesi.info