4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib

  • By admin
  • 12 İyun 2018 23:21
Картинки по запросу 4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib
Mingəçevir şəhərində 4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib. Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 35 ünvanında qeydə alınıb.

Həmin ünvana qonaq gələn 2014-cü il təvəllüdlü şəhər sakini Məmmədhüseynli Kamil Rəşad oğlu bilməyərəkdən kimyəvi məhlul içib. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Görülən tədbirlər nəticəsində uşağın vəziyyəti sabitləşib.