Ermənistan prezidenti Armen Sarkisyan işğal altında olan Dağlıq Qarabağa səfər edib.
Gununsesi.info erməni KİV-nə istinadən xəbər verir ki, Sarkisyanı qondarma Dağlıq Qarabağ Respublikasının lideri Bako Saakyan dəvət edib. Prezident bu gün səhər Xankəndinə (Stepanakert) çatıb. Səfərin səbəbi və digər təfərrüatları barədə məlumat verilmir.













