Çində yanacaq kəskin ucuzlaşdı

Çin şənbə günündən etibarən benzin və dizel yanacağının pərakəndə satış qiymətlərini azaldacaq. Bu, ardıcıl olaraq üçüncü ucuzlaşmadır və son altı ilin ən böyük endirimidir.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət İnkişaf və İslahatlar Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, benzinin bir tonunun qiyməti 950 yuan (təxminən 139 ABŞ dolları), dizel yanacağının bir tonunun qiyməti isə müvafiq olaraq 915 yuan (229 azn) ucuzlaşacaq.

Çində qüvvədə olan hazırkı qiymət mexanizminə əsasən, daxili bazarda benzin və dizel yanacağının qiymətləri dünya bazarında xam neftin qiymət dəyişikliklərinə uyğun olaraq hər 10 iş günündən bir tənzimlənir.

Qiymətlərin aşağı düşməsi şəxsi avtomobil sahiblərinə tam bir çəni doldurarkən təxminən 40 yuan, yük maşını sürücülərinə isə bir çən üçün təxminən 400 yuan qənaət etməyə imkan verəcək.

Gununsesi.info