39 saylı Poliklinika “Yasamal Tibb Mərkəzi” olacaq? – Açıqlama

Yasamal rayonunda fəaliyyət göstərən 39 saylı Şəhər Poliklinikasının “Yasamal Tibb Mərkəzi” kimi fəaliyyət göstərəcəyi ilə bağlı sosial şəbəkələrdə müzakirələr aparılır.

Gununsesi.info-nun məlumatına görə, hazırda Yasamal rayonunda yeni tibb müəssisəsinin yaradılması nəzərdə tutulmur.

Məlumata əsasən, tibb müəssisələrinin yaradılması ilə bağlı qərar verilərkən bir sıra amillər kompleks şəkildə qiymətləndirilir. Buraya əhalinin tibbi xidmətə olan ehtiyacı, həmin ehtiyacların qarşılanması üçün mövcud imkanlar, ərazidə fəaliyyət göstərən tibb müəssisələri və tibbi xidmət sahəsində çalışan digər qurumlar, həmçinin digər müvafiq faktorlar daxildir.

Qeyd edək ki, sözügedən rayonda yeni tibb müəssisəsinin yaradılması ilə bağlı hazırda hər hansı qərar yoxdur.

 

Firuzə

Gununsesi.info