Putinin təyyarəsi PUA səbəbindən Moskvaya enə bilmədi - FOTO

  • Müəllif: Firuzə
  • 09 Oktyabr 2026 21:54
Rusiya Prezidenti Vladimir Putini və digər yüksəkrütbəli rəsmiləri daşıyan “Rusiya” xüsusi uçuş dəstəsinin təyyarələri Ukrayna PUA-larının hücumu səbəbindən Moskvada eniş edə bilməyib.

Gununsesi.info  xəbər verir ki, təyyarələrdən biri təcili olaraq Sankt-Peterburq istiqamətinə yönləndirilib.

“Flightradar24” xidmətinin məlumatına görə, Rusiya rəhbərliyini daşıyan bir neçə bort Moskva ətrafında dairələr vurub və eniş etmək üçün marşrutunu dəyişib. Üç təyyarə oktyabrın 9-da Putinin səfərinin başa çatdığı Türkmənistandan qayıdırmış.

Məlumata görə, söhbət nüvə müharibəsi şəraitində belə dövləti və ordunu idarə etməyə imkan verən xüsusi rabitə ilə təchiz olunmuş, “Qiyamət günü təyyarələri” adlandırılan İl-96-300PU-lardan gedir. Putinin konkret hansı göyərtədə olduğu isə dəqiq açıqlanmır.

Onu da bildirək ki, əlavə manevrlərdən sonra iki bort (RA-96020 və RA-96022) Vnukovo aeroportuna enə bilsə də, üçüncü “Qiyamət günü təyyarəsi” (RA-96025) Moskvada eniş edə bilməyərək Sankt-Peterburqun “Pulkovo” hava limanına göndərilib.

Həmçinin, Türkmənistandan gələn və içində Rusiya xarici işlər naziri Sergey Lavrovun da olduğu ehtimal edilən adi sərnişin İl-96-300 (RA-96018) təyyarəsi Moskvada eniş etmək üçün hələ də səmada manevrlərini davam etdirir.