Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

  • Müəllif: Firuzə
  • 24 Noyabr 2026 21:43

Türkiyənin Eskişehir vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Gununesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik açıqlamasında bildirib ki, təlim məqsədilə Eskişehirdən havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter qəzaya uğrayıb.

Helikopterin qalıqları aşkarlanıb, axtarış-xilasetmə işləri davam etdirilir.

Gununesi.info