Helsinki aeroportu işi dayandırır - İşçiləri etiraza hazırlaşırlar

  • By admin
  • 13 İyun 2018 11:18

Helsinki aeroportunun işçiləri iyunun 15-də tətil keçirəcəklər.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, Finlandiyanın iri hava limanı olan Helsinki-Vantaanın işçi heyətinin tətili cümə günü səhər saat 5-dən növbəti gün 05:00-dək davam edəcək.

Tətil vaxtı sərnişinlərə xidmət göstərilməyəcək.

 Buna səbəb kimi Həmkarlar İttifaqı (IAU) ilə menecment və əmlakın idarə edilməsi sahəsində fəaliyyət göstərən “Lassila & Tikanoja Oyj” şirkəti arasında kollektiv əmək müqaviləsinin bağlanması zamanı yaranan münaqişə göstərilir.

Qeyd edək ki, Helsinki-Vantaa 2017-ci ildə 19 milyon sərnişinə xidmət edib.