Bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada öldü

  • Müəllif: admin
  • 15 İyun 2018 12:15
Quba rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, rayonun Zərdabi qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Dadaşov Eldəniz Arzuman oğlu iyunun 11-də bıçaqlanıb.
O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.
Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.
Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.