İndira Qandi aeroportunda 5 azərbaycanlı həbs edildi

  • Müəllif: admin
  • 15 İyun 2018 12:24
Похожее изображение
Hindistanın paytaxtı Dehlinin İndira Qandi Beynəlxalq Aeroportunda 5 Azərbaycan vətəndaşı həbs edilib.Gununsesi.info Hindistan mənbələrinə istinadən xəbər verir.

Onlar qızıl qaçaqmalçılığında ittiham olunur.

Aeroportun gömrük komissarı Anubha Sinha bildirib ki, həbs edilənlərin 3-ü qadındır. Onların üzərindən 2,5 kiloqrama yaxın qızıl məmulatları aşkarlanıb. Saxlanılanlar qızılı gömrükdən gizlətməklə aerportdan keçirmək istəyiblər.