Azərbaycanda müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər maaş alır

  • Müəllif: admin
  • 21 İyun 2018 12:04

3,5 faizi isə 900 manat və yuxarı əmək haqqı alırAzərbaycanda müəllimlərin əmək haqqısı açıqlanıb.

Gununsesi.info -nun xəbərinə görə, Təhsil Nazirliyinin illik hesabatının açıqlanması ilə bağlı tədbirdə Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev bildirib ki, 2014-2017-ci illər ərzində 134 136 min müəllim diaqnostik qiymətləndirilmədən keçib.

Onun sözlərinə görə, Azərbaycanda olan müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər əmək haqqı alır: “Müəllimlərin 35,9 faizi 300-500 manat arası, 27,1 faizi 500-700 manat arası, 10 faizi 700-900 manat arası, 3,5 faizi isə 900 manat və yuxarı əmək haqqı alır”.