Ordumuz işğaldakı bir sıra strateji yüksəklikləri nəzarətə aldı - VİDEO

  • Müəllif: admin
  • 21 İyun 2018 11:59

Naxçıvanda Ermənistanın işğalı altına düşən 11 ha ərazi və mühüm strateji yüksəkliklər Azərbaycan ordusunun nəzarətinə keçib.

Gununsesi.info Oxu.Az -a istinadən xəbər verir ki, işğaldan azad edilən mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur.

Azərbaycan ordusunun şəxsi heyəti həmin ərazidə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər.

“Naxçıvan” TV işğaldan azad edilmiş ərazidən reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:

www.oxu.az