Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Hakurk və Kani Raş bölgələrinə aviazərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.
Hücum zamanı terrorçulara məxsus silah, sığınacaq və sursat anbarı dağıdılıb, 9 terrorçu zərərsizləşdirilib.











