Konqoda “Ebola”dan ölənlərin sayı 500 nəfəri keçib

Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş “Ebola” virusuna yoluxma hallarının sayı 1561-ə çatıb.

Gununsesi.info xəbər verir ki, 506 nəfər həyatını itirib.

Qeyd olunub ki, hazırda 628 xəstə xəstəxanalarda və izolyasiya yerlərində müalicə alır. 253 xəstə isə sağalaraq evə buraxılıb.

Uqanda da isə may ayından bəri virusa 19 yoluxma halı qeydə alınıb. “Ebola” bu ölkədə 2 nəfərin ölümünə səbəb olub.

Gununsesi.info