Buraxılış imtahanlarının cavabı 3 günə bəlli olacaq

  • By admin
  • 22 İyun 2018 13:42

Ötən gün  Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzindən Gununsesi.info-ya bildrilib ki, imtahanların cavabları yaxın 3 gün ərzində élan olunacaq.

Qeyd edək ki, iyunun 21-də keçirilən buraxılış imtahanlarında ümumilikdə  64800 şagird imtahan verib.