Burak Özçivit avtomobillərini satışa çıxarır

  • By admin
  • 22 İyun 2018 18:08

Burak Özçivit avtomobillərini satışa çıxarır

 Burak Özçivit və Fahriye Evcen cütlüyünün 6 maşından ibarət qarajı var.

Avtomobilləri park etməyə yer tapa bilməyən Özçivitin qonşuları ilə problemi yaranıb. Bu səbəbdən Burak 3 milyon lirəlik ( 1 milyon manatdan çox) avtomobillərindən ikisini satmaq qərarına gəlib.

Burak Fahriye ilə evləndikdən sonra Acarkent səmtində yaşamağa başlayıb. Amma burada da qonşuları ilə arası dəyib. Buna səbəb isə 6 maşını park etmələri olub.

 Bu səbəbdən Burak iki maşını satmaq qərarına gəlib. Artıq “BMW X1” və “Range Rover” markalı maşınlar müştərisini gözləyir.